İsveçrə səfiri Cənub bölgəsinə səfərə gəlib - + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

İsveçrə səfiri Cənub bölgəsinə səfərə gəlib + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

İsveçrə Konfedrasiyasının Azərbaycan Respublikasındakı səfiri cənab Filip Ştalder cənub bölgəsinə səfəri çərçivəsində bu gün Lənkəranda olub.
Hörmətli qonağı öncə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov qəbul edib. Qəbul zamanı səfirə rayonun sosial-iqtisadi həyatı, turizm potensialı və tarixi abidələri haqqında məlumat verilib. Daha sonra Filip Ştalder Lənkəran Dövlət Universitetinin müəllim kollektivi ilə görüşüb. Xarici diplomat həmçinin Lənkəran rayonunda sitrus plantasiyası, Heydər Əliyev Mərkəzi, tarix-diyarşunaslıq müzeyi ilə də tanış olub. Daha sonra o, Azərbaycanlıların Soyqırımı Abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub.
Qeyd edək ki, səfir F.Ştalder Lənkərandan sonra Masallı rayonuna səfər edəcək.


Ağaddin BABAYEV,
Lənkəran.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !