Yardımlıda şəhid zabitin dəfn mərasimi keçirilib - + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Yardımlıda şəhid zabitin dəfn mərasimi keçirilib + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısı alınarkən Azərbaycan Ordusunun şəhid olmuş baş leytenantı Şahlar Yaşar oğlu Nəzərov bu gün doğulduğu Yardımlı rayonunun Peştəsər kəndində dəfn olunub.
Bu münasibətlə keçirilən mərasimdə şəhid zabitin yaxınları, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Mill Məclisin deputatı Musa Qasımlı, rayonun hüquq-müafizə orqanlarının rəhbərləri, “N” saylı hərbi hissənin əsgər və zabitləri, yerli ictimaiyyətin nümayəndələri, Qarabağ müharibəsi veteranları, kənd sakinləri iştirak ediblər.
Şəhidin qəbrinin üstündə baş tutan vida mərasimində rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov çıxış edərək Şahlar Nəzərovun ailəsinə dərin hüznlə başsağlığı verib, onun xatirəsinin daim yardımlıların qəlbində yaşayacağını bildirib.
Şəhidin atası Yaşar Nəzərov Vətənə xidmətin hər bir övladın borcu olduğunu, şəhid övladı ilə fəxr etdiyini söyləyib.
Daha sonra əsgəri qaydalarla avtomat silahlardan yaylım atəşi açılıb, şəhid zabitin nəşi torpağa tapşırılıb.


Ağaddin BABAYEV,
Yardımlı.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !