Məleykə Abbaszadə Astarada vətəndaşları qəbul edib - + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Məleykə Abbaszadə Astarada vətəndaşları qəbul edib + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə fevralın 27-də Astara şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının sakinləri ilə görüşərək, onların müraciətlərini dinləyib.
Görüşdən öncə M.Abbaszadə və Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev ümummilli lider Heydər Əliyevin abidəsi ününə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Ulu Öndərin adını daşıyan Mərkəzdə böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Vətəndaşların Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədrinə müraciətləri əsasən buraxılış, qəbul, və sınaq imtahanları, imtahan nəzarətçiləri, cografiya fənninin qəbul imtahanlarına daxil edilməsi, şagirdlərin miqrasiya problemi və sair məsələlərlə bağlı olub.
Müraciətlərin bir qismi yerindəcə həllini tapıb.
Dövlət İmtahan Mərkəzinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq təşkilatlara çatdırılmaqdan ötrü qeydiyyata alınaraq nəzarətə götürülüb.



Ağaddin BABAYEV,
Astara.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !