Fotoqrafiada yekunlaşdı - + FOTO

Fotoqrafiada yekunlaşdı + FOTO

Gəncə gənclərinin təşəbbüsü ilə çox fərqli bir layihə reallaşdırılmışdır. Beləki, Mirfariz Muradovun layihə rəhbəri olduğu və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Fotoqrafiada” layihəsi çərçivəsində yaradıcı gənclər bir araya gətirilmişdir.
Əsas məqsədi istedadlı və fotoqrafiyaya marağı olan gənclərin motivasiyası və inkişafı olan layihə bir neçə mərhələdən ibarət olmuşdur. İlk növbədə gənclərə fotoqrafiya ilə bağlı baza təlimlər keçirilmişdir. Təlim çərçivəsində bu sahədə təcrübəli gənclərin və ekspertlərin də öz fikirləri ilə bölüşməsinə şərait yaradılmışdır. Təlim daha çox praktik formada keçirilmiş və gənclərə fotoqrafiya ilə praktik biliklər təqdim edilmişdir.


Təlimlərdən sonra iştirakçılar qazandığı praktik biliklərdən istifadə edərək Gəncə şəhərində foto tur keçirmiş və Azərbaycanın rəngli guşələrindən biri olan Gəncəni müxtəlif rakurslardan təqdim etməyə çalışmışlar. Foto turun məntiqi ardıcıllığı olaraq isə iştirakçıların çəkdikləri şəkillərdən ibarət sərgi reallaşdırılmış və sərgi geniş ictimaiyyətə təqdim olunmuşdur. Sərgi həm gənclərin, həm də digər yaş qruplarından olan insanların böyük marağına səbəb olmuşdur.


Ümumiyyətlə, bu tərz layihələrin keçirilməsi gənclərin öz istedadlarını nümayiş etdirməsi və özlərini realizə etmələri baxımından yaxşı bir şərait yaradır. Məhz bu baxımdan da layihənin davamı olaraq Azərbaycanın digər gözəl bölgələrində layihənin növbəti mərhələlərinin keçirilməsi planlaşdırırlır.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !