Yardımlının Avaş kəndində yeni tikilmiş həkim məntəqəsinin açılışı olub - + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Yardımlının Avaş kəndində yeni tikilmiş həkim məntəqəsinin açılışı olub + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Dünya Bankının maliyyələşdirdiyi “İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi” çərçivəsində Yardımlı rayonunun Avaş kəndində yeni inşa olunmuş həkim məntəqəsi istifadəyə verilib. Bu münasibətlə keçirilən mərasimdə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Milli Məclisin deputatı Musa Qasımlı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Habil Əzənmədov çıxış edərək əlamətdar hadisə münasibətilə yerli sakinlərə təbriklərini çatdırıblar.
Kənd sakinləri onların sosial problemlərinin həllində, sağlamlıqlarının qorunmasında göstərilən diqqət və qayğı üçün ölkə başçısına, müvafiq qurumların rəhbərlərinə minnətdarlıqlarını bildiriblər.
Sonda tədbir iştirakçıları həkim məntəqəsində yaradılmış şəraitlə tanış olublar.



Ağaddin BABAYEV,
Yardımlı.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !