PAYIZ İMTAHAN SESSİYASI UĞURLA BAŞA ÇATMIŞDIR - + FOTO

PAYIZ İMTAHAN SESSİYASI UĞURLA BAŞA ÇATMIŞDIR + FOTO

Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibovun imzaladığı müvafiq əmrə əsasən, 2016/2017-ci tədris ilinin dekabr ayından başlayan payız (qış) imtahan sessiyası başa çatmışdır. İmtahanlar müasir avadanlıqlarla təchiz olunmuş otaqlarda təşkil edilmişdir. İmtahanlarda 6000-dən çox tələbə iştirak etmişdir.
Universitetdə imtahanların gedişatını izləmək üçün valideynlərin, KİV və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə ənənəvi olaraq “Açıq qapı” günləri də keçirilmişdir. Valideynlər otaqlarda yaradılan texniki şərait, imtahanların şəffaf keçirilməsi, övladlarının kömpüterdə test suallarına cavab vermələri, tələbələrin şikayətlərini araşdırmaq məqsədilə təşkil olunmuş “Apelyasiya komissiyası”nın və imtahanlar zamanı baş vermiş neqativ hallar haqqında operativ məlumat ötürməyə xidmət edən “İmtahan qərargahı”nın fəaliyyətilə tanış olmuş, imtahanların yüksək səviyyədə, obyektiv və şəffaf keçirilməsindən razı qalaraq, rəhbərliyə öz təşəkkürlərini bildirmişdirlər.
Artıq imtahanlar uğurla başa çatmışdır. Daha səmərəli işləmək üçün bu proses aidiyyatı şöbələr, dekanlıqlar tərəfindən araşdırılacaq, nəticələr növbəti Elmi Şurada müzakirə ediləcəkdir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !