Gənclər günü Astarada qeyd edilib - + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Gənclər günü Astarada qeyd edilib + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

2 fevral Gənclər günü münasibətilə Astara rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər Evində bayram şənliyi keçirilib.
Tədbiri giriş sözü ilə açan Astara rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev iştirakçıları Gənclər günü münasibətilə təbrik edib. Çıxışında idarə rəisi Gənclər və İdman Nazirliyinin yaradılması, ilk gənclər forumunun keçirilməsi və gənclər gününün təsis edilməsi tarixindən danışaraq, əsasi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin bu gun Prezidentimiz İlham Əiiyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Daha sonra Astara Rayon İcra Hakimiyyətinin məsul işçisi Mərasim Hacızadə icra başçısı Qəzənfər Ağayevin gənclərə təbrik məktubunun mətnini oxuyub.
Tədbirdə Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnur Qurbanlı, Astara şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Şahverən Cavadov, Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, 01-05 aprel 2016-cı il döyüşlərində qəhramancasına döyüşmüş Orxan Əliyev, Suparibağ kənd tam orta məktəbinin ingilis dili müəllimi Kəmalə Nəsirova və “Gənclərin Sosial İnkişafına Dəstək” İctimai Birliyinin sədri Rövşən Bağırov çıxış edərək gənclərə təhsillərində və kariyeralarında uğurlar arzulamaqla, vətənpərvər ruhda böyüməyi, xalqımızın milli-mənəvi dəyərlərinə uyğun formalaşmağı tövsiyə ediblər.
“Gənclər günü” münasibətilə rayonun ictimai-siyasi fəaliyyətində fərqlənən və gənclər siyasətinin həyata keçirilməsində iştirak edən bir qrup gənc Rayon Gənclər və İdman İdarəsi və Astara şəhər Bələdiyyəsinin fəxri fərmanları və xatirə hədiyyələri ilə təltif edilib.
Tədbir Astara rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Sevinc” musiqili ansamblının rəngarəng ifası ilə başa çatıb.



Ağaddin BABAYEV
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !