Fərqi Sən Seç gənc modelyerlərin ictimaiyyətə tandılması layihəsi çərçivəsində moda dəfiləsi keçirilib - + FOTO

“Fərqi Sən Seç” gənc modelyerlərin ictimaiyyətə tandılması layihəsi çərçivəsində moda dəfiləsi keçirilib + FOTO

Azərbaycan Respublikası Prezident yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsində qalib olduğum "Fərqi sən seç" adlı gənc modelyerlərin ictmaiyyətə tanıdılması layihəm cox uğurla yekunlaşdı.

 

Gəncə şəhər Məhsəti Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional Ofisinin və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin tərəfdaşlığı ilə “Fərqi Sən Seç” gənc modelyerlərin ictimaiyyətə tandılması layihəsi çərçivəsində moda dəfiləsi keçirilib.


Moda dəfiləsində ictimaiyyət nümayəndələri, QHT-lər, gənclər, universitet müəllimləri və tələbələr iştirak ediblər. Dəfilədə gənc dizayer və modelyerlərin hazırladıqları 30-dan çox müxtəlif geyim nümayiş olunub.

 

Layihə rəhbəri gənc modelyer-dizayner Zülfiyyə Hüseynova tədbir iştirakçılarını salamlayaraq, layihənin donoru və məqsədi haqqında ətraflı danışıb. Zülfiyyə Hüseynova bildirib ki, gənc modelyerlərin peşəkar bacarığını daha da artırmaq, onları ictimaiyyətə tanıtmaq layihənin başlıca məqsədidir.

 

Gəncə Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi Samirə Həsənova çıxışında qeyd edib ki, Azərbaycanda mədəniyyət sahəsində aparılan islahatlar gənclərdə də bu sahəyə böyük maraq oyadır: “Hər bir Azərbaycan vətəndaşı dövlət səviyyəsində aparılan mədəni, iqtisadi və siyasi islahatların müsbət nəticələrini öz gündəlik həyatında hiss edir. Bu siyasət Gəncə şəhərində də dövlət qurumları tərəfindən uğurla icra edilir. Bu günki tədbir bunun bariz nümunəsidir."

 

Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional Ofisinin rəhbəri Aygün Həsənzadə layihəyə uğurlar arzulayıb. Aygün Həsənzadə belə bir layihənin gənc istedadların üzə çıxmasında rolunun danılmaz olduğunu diqqətə çatdırıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !