20 yanvar faciəsi Nadir hazırlıq kursunda anıldı - FOTO ( AZpress.AZ - Minə Türksoy, Nəriman İsmayılov ) ( YENİLƏNDİ )

20 yanvar faciəsi Nadir hazırlıq kursunda anıldı FOTO ( AZpress.AZ - Minə Türksoy, Nəriman İsmayılov ) ( YENİLƏNDİ )

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş,1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.Həmin faciəli günlərdə öz ölkəsinin,xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Vətən, torpaq uğrunda canından keçənlər, özlərini fəda edənlər ölmürlər. Aylar, illər, fəsillər keçdikcə, onların göstərdikləri igidlik dastana çevrilib xalqın yaddaşında əbədi yaşayırlar.


20 Yanvar və Azərbaycan tarixində ondan əvvəlki faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Azərbaycan xalqına qarşı soyqırımı, sovet hakimiyyəti illərində Azərbaycan ərazilərinin tədricən ilhaq olunması, nəticədə ölkənin ərazisinin 125 000 km²-dən 87 000 km²-ədək azalması, sovet rəhbərliyinin havadarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, azərbaycanlıların Ermənistan ərazisindəki əzəli 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar...


Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır. Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edir. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.


AZpress.AZ informasiya Agentliyi bildirir ki, Nadir hazırlıq kursları vətən uğrunda canlarından keçən 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş anım gecəsi keçirmişlər. Gecədə kursun idarəçi heyyətindən olan Dilruba Həsənova öz çıxışını belə başlamışdır.


-Bilirik ki, 20 Yanvar 1990 –cı il Azərbaycan tarixində ən unudulmaz anlardan biri idi.Bu günü biz hər zaman hüzünlə yaşadıq. 137 nəfər həyatını itirdi, 800 nəfərdən çox insan həbs edildi və bunlar tamamilə günahsız insanlar idi. O zamanlar uşaq idik bələkədə bunun fərqinə varmırdıq. Lakin indi bir xalqın başına gıtırələcək ən ağır faciə olduğunu dərk edə bilirik. Bu gün burada azyaşlı uşaqları görmək bizi sevindirir. Çünki, onlar bizim gələcəyimizdirlər və onlar keçmişimizi bilməsələr uğurlu gələcək qura bilməzlər.Bu gün bu körpələr bizim tariximizin ən qanlı səhifəsinin şahidi olacaqlar.Bu balaca körpələr Azərbaycan Tarixini çox gözəl bilməlidirlər.Biz Nadir hazırlıq kurslarında fəalliyyətə başlayanda ilk olaraq məqsədimiz o idi ki, hər bir Azərbaycanlı uşağı vətənpərvər böyüsün.Bilmirəm nəzərinizdə oldumuz bizim kursun divarlarında Azərbaycanın işğal olunmuş rayonlarında düşmən tərəfində məhf olunmuş abidələrin rəsimləri var. Bunu etməkdə məqsədimiz hər bir kursumuza gələn uşaqlar həm Azərbaycan tarixi haqında bilsin , həmdə Azərbaycanın itirilmiş ərazilərində qalan abidələrimiz tanısınlar. 20 Yanvar bizin tarixin şanlı səhifəsidi eyni zaman da 744 nəfər o zaman yaralanmış və müxtəlif əlillik dərəcəsi almışlar.Bu gün onlardan dəvət edə bilməsəkdə, düşünürəm ki, hər bir Azərbaycanlı Şəhidlər Xiyabanını bu gün mütləq ziyarət etməlidir. Çünki, onların sayəsində bu gün biz rahat həyat sürür və yaşayırıq, onların sayəsində 26 ildir ki, müstəqil olaraq üç rəngli bayrağımızı dalğalandırırıq.Hər bir Azərbaycanlı öz tarixini gözəl bilməlidir. Mən çox sevinirəm ki, hal hazırda bizim kursa gələn hər bir uşaq müxtəlif dilləri öyrənməyə can atır və ən böyük arzuları xaricdə təhsil almaqdır.Mənim isə övladlarımıza və valideynlərimizə ən böyük arzumdur ki, ilk öncə balalarımıza öz ana dilini və tarixini mükəmməl öyrətməlidirlər. Çünki bizim məqsədimizdir ki, Azərbaycanı dünyaya tanıdaq. Valideyində bilməlidir ki, onun övladı xaricdə təhsil almaqla yanaşı vətənini təmsil edir. O , öz tarixini bilməyəcəksə bu dövləti nə ilə təmsil edəcək. Onlar bunu edə bilmədikdə isə bütün məsuliyyət və günah siz valideynlərdə olacaq. İnanın arzumdur ki, bizim valıdeynlər vətənpərvər övlad böyütsünlər və biz Nadir hazırlıqkursu kollektivi olaraq hər zaman körpələrimizə dəstək olmağa hazırıq və yanlarındayıq. Hər bir Azərbaycanlı övladı vətəni haqqında danışanda təkcə 20 faiz itirilmiş torpaqlardan deyil, Cənubi Azərbaycan ərazisində, Rusiya , Gürcüstanda olan ərazilərimizdəndə xəbərdar olsunlar. Bu gün biz burada 20 yanvar şəhidlərinin anım gecəsinə təşrif buyurmuşuq . Gecemizin dəyərli qonaqlarından biridə tanınmış rəssam Nagiyə Rzayevadır. Hər zaman öz rəsm əsərləri ilə fərqlilik yaradan Nagiyə xanım bu gün sizlərə Azərbaycan və 20 Yanvar kompazisiyasını qum üzərində təsvir edəcək.buyurun izləyin.


Nagiyə Rzayevanın yaratdığı qum üzərində 20 yanvar faciəsi sanki həqiqətdə o günü canlandırırdı.Hər kəsin maraqla qarşıladığı əsərlər əlbətdəki, rəssamın təxəyyülünün bəhrəsi , onun vətəninə, millətinə olan sevgisindən yaranır. Bir insan vətənini sevməsə hec bir musiqinin təsiri altında belə gözəl qum əsərlər yaratmaz.


Tədbirin sonunda Dilruba xanımla kiçik tanışlığımız oldu.


Salam Dilruba xanım bir az bizə yaratdığınız bu gözəl təhsil ocağı haqqında məlumat verərdiniz.


-Mən Dilruba Həsənova Nadir hazırlıq kursunun idarəçi heyyətindənəm.Kurs 2015 ci ilin may ayından fəaliyyət göstərir.Kursun təsisçisi Elnaz Həsənovadır.Biz bu gün umummilli hüzn gününə həsr olunmuş tədbir keçirtdik.Tədbirdə iştirak edən hər kəsə təşəkkürümü bildirirəm.


Kursu yaratmaqda məqsədiniz nə idi?


-Yaratmaqda məqsədimiz təhsil sisteminə yeniliklər əlavə etməkdir. Ayrı ayrılıqda müxtəlif fənlər ixtisaslar tədris olunur.Amma daha çox üstünlük veririk peşə təlimlərinə.düşünürəm ki, peşə təlimlərinə daha cox ehtiyac var. Bizdə dərzilik,toxuculuq muncuqla işləmə rəssamlığın bir çox növləri, ebru sənəti, qum üzərində işləmə,şahmat rəqs və başqa növlərdə övladlarımız bacarıqlarını inkişaf etdirə bilərlər.


Burada yaş həddində məhdudiyyət varmı?


-Xeyr yaş həddində məhdudiyyət yoxdu.4 yaşdan yuxarı hər kəs iştirak edə bilər.


Kursun müddəti haqqında məlumat verərdiniz.


Kurslarımız müxtəlif olduğundan hər kursun öz müddəti var və uğurla başa vuran hər bir şəxsə sertifikat verilir.


Kursa uşaqları necə cəlb edirsiniz.?


Yalnız sosial şəbəkələrdən istifadə edirik, bizim məqsədimiz yaxşı peşəkar yetişdirməkdir istənilən sahə üzrə. Məqsədimizdi ki, qarşıdakı illərdə daha böyük uğurlara imza ataq və bunu üçün çalışırıq.Kursumuz çox mehriban kollektivdən ibarətdir. Çalışmışıq ki, fəaliyyət göstərən hər kəs öz işində ciddi , məsuliyyətli olsun. Ən əsasıda uşaqları sevsin.Biz bu kursu Azərbaycanlı övladlarımıza azda olsa faydalı olmaq üçün yaratdıq və hər zaman onlara dəstək olaraq Azərbaycan adına böyük işlər görəcəyik.


Bizə zaman ayırdığınıza görə Dilruba xanım sizə dərin təşəkkürümüzü bildiririk. Hər zaman təhsildə uğurlu addımlarınız olsun.


Bir milləti yox etmək istəyirsənsə , onuntəhsilini məhf et. Təhsil hər zaman öndə gələn ən vacib amildir. Bu yolda can qoyan və millətinin gələcəyini düşünən hər kəs bizim baş tacımızdır.


AZpress.AZ Minə Türksoy.


! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !