Gömrük Akademiyasında 20 Yanvar şəhidlərinin xatirəsi anılıb -

Gömrük Akademiyasında 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Dövlət Gömrük Komitəsinin Akademiyasında 20 Yanvar faciəsinin 27-cı ildönümü ilə əlaqədar yığıncaq keçirilib.

 

Tədbirdə Akademiyanın rəhbərliyi, tələbə və müdavimlər iştirak edib.

 

Mərasim 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

 

Giriş sözünü Akademiyanın rəis müavini, gömrük xidməti polkovniki Nizami Quliyev söyləyərək 20 Yanvar faciəsinin Azərbaycan xalqının tarixində dərin iz qoyduğunu və heç zaman unudulmayacağını vurğulayıb. Eyni zamanda, rəis müavini 20 Yanvar hadisələrinin təfərrüatı barədə iştirakçılara məlumat verib və öz xatirələrini bölüşüb.

 

Akademiyanın I kurs tələbəsi İmamverdi Novruzlu 20 Yanvar hadisələrinin səbəbləri, həmin dövrdəki şərait, eləcə də ümummilli lider Heydər Əliyevin hadisə ilə bağlı bəyanatlarını əks etdirən təqdimat keçirib.

 

Akademiyanın karyera bölməsinin böyük mütəxəssisi Rəşad Zeynalov isə çıxışında 20 Yanvarın Azərbaycan tarixində faciəli olduğu qədər də qəhrəmanlıq və şərəfli səhifələrdən sayıldığını vurğulayıb, gənclərin 20 Yanvar hadisələrini dərindən öyrənməsi və bu bilginin gələcək nəsillərə ötürülməsinin önəminə toxunub.

 

Mərasim 20 Yanvara həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatıb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !