"Qanlı yanvara aparan yol" başlığı altında filmə baxış keçirilmişdir - + FOTO

"Qanlı yanvara aparan yol" başlığı altında filmə baxış keçirilmişdir + FOTO

19 yanvar 2017-ci il tarixdə Culfa şəhər 2 №-li tam orta məktəbində, Culfa Rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə məktəbin IX sinif şagirdləri arasında, məktəblərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi məqsədi ilə "Qanlı yanvara aparan yol" başlığı altında filmə baxış keçirilmişdir. Tədbirdə 22 şagird iştirak etmişdir. İlk öncə Culfa Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elçin Cəfərov, Culfa şəhər 2 №-li tam orta məktəbinin direktoru Səyyarə Ağayeva və Culfa şəhər 2 №-li tam orta məktəbinin müəllimi Şəlalə Kərimova çıxış edərək keçirilən tədbirin mahiyyətindən, Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizədə xalqımızın başına gələn müsibətlər və amansız, qəddarcasına edilən qırğından tədbir iştirakçılarına geniş məlumat vermişlər və sonda filmə baxış olmuşdur. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !