Şabran rayon Mərkəzi Kitabxanada 20 Yanvar hüzn günü ilə əlaqədar tədbir keçirilmişdir -

Şabran rayon Mərkəzi Kitabxanada “20 Yanvar hüzn günü “ ilə əlaqədar tədbir keçirilmişdir

Şabran rayon Mərkəzi Kitabxanasında 18 yanvar 2017-ci il tarixdə 20 yanvar şəhidlərinin 27-ci ildönümünə həsr olunmuş “20 yanvar –Azadlığa gedən yolun zirvəsi “ adlı ədəbi-bədii gecə keçirildi.

Tədbirdə Şabran rayon 4 saylı məktəbin müəllim və şagird kollektivi iştirak edirdi. Tədbiri giriş sözü ilə Mərkəzi kitabxananın direktoru Səbirə Məcidova açdı. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 4 saylı məktəbin tarix müəllimi Cəfərov Elnur, Orucova Vüsalə çıxış edərək, o qanlı Yanvar gecəsinin dəhşətlərini bir daha xatırlatdılar. Məktəblilərin ifasında şəhidlərə həsr olunmuş şeirlərdən ibarət kompozisiya səsləndi.

Tədbirin sonunda 20 Yanvar gecəsinə həsr olunmuş sənədli film və “Qara Yanvar” adlı sərgi nümayiş olundu. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !