20 Yanvar- Azadlıq mübarizəmizdir adlı növbəti tədbir Qaravəlli kəndində keçrilmişdi - + FOTO ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi )

“20 Yanvar- Azadlıq mübarizəmizdir” adlı növbəti tədbir Qaravəlli kəndində keçrilmişdi + FOTO ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi )

19 yanvar 2017-ci il tarixində YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurası və Ağcabədi Rayon Mərkəzləşdirilmiş Kitabxana SİSTEMİ ilə əməkdaşlıq çərçivəsində “20 Yanvar- Azadlıq mübarizəmizdir” adlı növbəti tədbir Qaravəlli kənd Mədəniyyət Klubunda təşkil edilmişdir.
Tədbir açıq olunandan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Daha sonra həmin gecə şəhid olan vətən oğulları və qızlarımın ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Qafarova, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Nərminə Əkbərova, YAP Ağcabədi rayon təşkilatının baş məsləhətçiləri Ramil Nağıyev,Mehman Növruzov, kitabxana, mədəniyyət klublarının əməkdaşları, şəhid ailələri, kənd sakinləri və şagirdlər iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Nərminə Əkbərova bildirmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə ke­çən gecə Bakıda sovet ordusu tərə­fin­dən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı ha­di­sənin törədilməsində əsas məqsədlər­dən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliy­yət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi.
Digər çıxış edənlər də Vətən övladlarının fədakarlığını məhəbbətlə xatırlayıb, onların əziz xatirəsini böyük ehtiramla yad etdilər. Bakının ən möh­tə­şəm məkanında Vətən uğrunda can­la­rını qurban vermiş mərd, igid oğul və qızla­rımızın uyuduğu Şəhidlər xiya­ba­nı xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müs­tə­qil­liyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacağını vurğuladılar.

Tədbirin sonunda Qaravəlli kənd tam orta məktəbin şagirdləri 20 Yanvara aid şeirlər söyləmişlər

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !