Beynəlxalq Türk Akademiyasının (TWESCO) Prezidenti Darxan Kıdırali Azərbaycan xalqına baş sağlığı verdi -

Beynəlxalq Türk Akademiyasının (TWESCO) Prezidenti Darxan Kıdırali Azərbaycan xalqına baş sağlığı verdi

20 Yanvar Azərbaycanda Ümumxalq hüzn günüdür! Bu münasibətlə Azərbaycan xalqı ilə üzüntülərimizi paylaşdığımızı bildiririk, Beynəlxalq Türk Akademiyasının (TWESCO) Prezidenti Darxan Kıdırali Azərbaycan xalqına baş sağlığı verdi.


“Azərbaycan tarixinə qəhrəmanlıq və qürur səhifəsi kimi həkk olan 20 Yanvar hadisələri xalqın torpaqlarını mənimsəyənlərə, üzləşdiyi ədalətsizliyə etirazı idi. Ağır, faciəli, həm də şərəfli bir tarix olan 20 Yanvar qətliamı ilə bağlı qardaş Azərbaycan xalqının hüznünə şərik olduğumuzu bildirir, şəhidlərin qanı ilə cücərən istiqlal və azadlığın əbədi olacağına inamımı ifadə edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !