Azərbaycan Respublikasının Düşənbədəki səfirliyində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir - + FOTO

Azərbaycan Respublikasının Düşənbədəki səfirliyində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir + FOTO

19 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikasının Düşənbədəki səfirliyində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.


Səfirliyin foyesində 20 yanvar hadisələrini əks etdirən şəkillərdən ibarət fotostend qurulmuş, azərbaycan, rus, ingilis və tacik dillərində hazırlanmış pres-relizlər paylanılmışdır.


Tədbirdə Tacikistanın dövlət, hökumət və nazirliklərinin nümayəndələri, həmçinin, elm-mədəniyyət xadimləri və ali təhsil müəssisələrinin rəhbərləri, həmçinin Tacikistanda akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərləri, yerli diaspora və KİV nümayəndələri iştirak etmişlər.


Tədbirin əvvəlində 20 yanvar hadisələri ilə bağlı “Aztv” və “Lider” televiziya kanallarının hazırladığı sənədli filmlərnümayiş etdirilmişdir.


20 Yanvar hadisələrində həlak olmuş Şəhidlərin Xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Səfir Abbasəli Həsənov tədbirə qatıldıqlarına görə iştirakçılara təşəkkürünü bildirmiş, 20 yanvar hadisələrinin təfərrüatları barəsində toplantı iştirakçılarına ətraflı məlumat verərək bildirmişdir: “Dövlət başçısı son dərəcə xalqını və dövlətini sevməli, hər şeydən uca tutmalı, cəsarətli və qətiyyətli olmalıdır. Qəlbi və əli təmiz olmalı və uzaqgörən olmalıdır. Bu xüsusiyyətlərin biri belə dövlət başçısında olmadığı halda ölkədə problemlər əmələ gəlir. Təəsüf ki, SSRİ kimi böyük bir dövlətin başında duran M.Qorbaçovda bu xüsusiyyətlərin heç biri yox idi. Ona görə dəM.Qorbaçovun hakimiyyəti dövründə SSRİ ərazisində irili-xırdalı 273 münaqişə baş vermişdir ki, bunlardan biri və miqyasına görə ən ağırı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir”. Daha sonra səfir Abbasəli Həsənovməhşur filosof R.U.Emersondan sitat gətirərək demişdir: “Tarix deyilən məhfum yoxdur, yalnız bioqrafiyalar mövcuddur”. Əgər bu müdrik kəlama açıqlama versək, tarixi rəhbərlərin fəaliyyəti yaradır. Biz keçmişə nəzər salsaq, görərik ki, M.Qorbaçovun hakimiyyəti dövrü Sovet İttifaqı vətəndaşlarına qarşı düşmən mövqeyi ilə seçilirdi. Öz vətəndaşlarına, öz xalqına qarşı silah çevirib ordu yeritməyi M.Qorbaçov gözə aldı”.


Səfir Abbasəli Həsənov çıxışına davam edərək bildirmişdir ki, Bakıda dinc əhaliyə qarşı törədilən bu qanlı aksiyanın müəllifi M.Qorbaçov və onun ətrafında olan ermənipərəst qüvvələridi. M.Qorbaçovun göstərişi ilə Sovet ordusu öz silahsız vətəndaşlarına qarşı silah çevirərək divan tutdu. Mixail Qorbaçovun hiyləsinin əsas məqsədi 20 Yanvar hadisələrinin törədərək Azərbaycan xalqının iradəsini sındırmaq və Dağlıq Qarabağı rahatca bağışlamaq olub. Xalq isə növbəti dəfə Azərbaycan torpaqlarının Ermənistana zorla güzəştə gedilməsinə etirazını bildirmək üçün şəhərin küçə və meydanlarına axışaraq, öz haqlı etirazını bildirmək istəyirdi. Ancaq SSRİ rəhbərliyi və onlara xidmət edən, öz xalqına xəyanət etmiş respublika rəhbərliyi qabaqcadan düşünülmüş bir məkrli planıhəyata keçirərək, dinc insanlara divan tutdular”.


Səfir bildirmişdir ki, “Respublikamıza qarşı törədilmiş bu cinayət, azadlığa, müstəqilliyə can atan, öz torpaqlarını erməni qəsbkarlarından müdafiəsinə qalxmış xalqın inamını qırmağa, öz torpaqlarını müdafiəsinə mane olmağa, bununla da, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməyə şərait yaratmağa yönəlmişdir. Yalnız, törədilmiş bu qanlı terror aktı, xalqın əzmkarlığını, həmrəyliyini, müstəqilliyə olan istəyini əzmək əvəzinə, daha da möhkəmləndirdi ”.


Səfir qeyd etmişdir ki, “Hər bir xalq üçün müstəqillikdən uca heç bir şey ola bilməz. Müstəqilliyi qorumaq üçün güclü dövlət qurmaq lazımdır. Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra Azərbaycanın müstəqilliyini qorumaq, güclü dövlət qurmaq üçün lazımi tədbirlər gördü və onun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən dövlətimizin daha da güclənməsi istiqamətində böyük işlər görülməkdə davam edir. Ona görə Azərbaycan xalqı əmindir ki, müstəqilliyimiz ulu öndər Heydər Əliyevin təbirincə desək “dönməzdir və əbədidir”. Ağır günlərə baxmayaraq Azərbaycan bu gün sürətlə inkişaf edir, öz iqtisadi göstəricilərinə görə regionun lider dövlətinə çevrilmişdir. Hərbi gücümüz ildən-ilə artır. Bu imkan verir ki, Azərbaycan hansı yolla olur olsun öz işğal olunmuş torpaqlarını geri qaytaracaqdır”.


Daha sonra Qazaxıstan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Nurlan Seytimovçıxış edərək, Qanlı 20 Yanvar hadisəsini Bakıda törədənləri qətiyyətlə pisləmiş və bildirmişdir ki, buna oxşar hadisə 16 dekabr 1986-cı ildə Almata şəhərində baş vermişdir. Mixail Qorbaçovun göstərişi ilə Almata sakinləri xüsusi amansızlıqla qətlə yetirilmiş, çoxlu sayda yaralananlar olduğunu bildirmişdir.


Uzun müddət Tacikistanda yaşayan iş adamı M.Quliyev çıxış edərək 20 hadisələri barədə öz fikirlərini söyləmiş, 20 yanvarda sovet hökumətinin öz xalqına qarşı terror aktı həyata keçirdiyini bildirmişdir: “Təəssüf ki, bu qanlı hadisələrin günahkarları müyyən edilməyib. Mən bir Azərbaycan vətəndaşı kimi həmin günhakarların cinayətə cəlb olunmasına ümid edirəm”.


Tədbir barədə Tacikistanın “Cahonnome” televiziya kanalı tərəfindən reportaj hazırlanmışdır.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !