Ağcabədidə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb - + FOTO ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi )

Ağcabədidə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb + FOTO ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi )

20 yanvar 2017-сi il tarixdə saat 11:40 –da Ağcabədi rayonunda Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin 27-ci ildönümü münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir.
Əvvəlcə anım mərasimində Şəhidlər Xiyabanında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Ağcabədi rayonunun axundu Mərdan Rzayev şəhidlərin ruhuna dualar oxumuşdur.
Sonra Ağcabədi rayon İcra Hakimiyyəti Başçısı Şahin Məmmədov çıxış etmiş və bildirmişdir ki, Sovet imperiyası 20 yanvar 1990-cı ildə öz azadlığı, öz dövlətinin sahibi kimi yaşamaq, müstəqil həyat sürmək uğrunda mübarizə aparan xalqımıza qarşı irimiqyaslı hərbi təcavüz və ağır cinayət əməllərini törətmişdir. 26 il əvvəl o qanlı yanvar gecəsi xalqımız babalardan qalma qəhrəmanlıq ənənəsini dünyaya yenidən göstərdi. Yurdumuzun oğul və qızları müstəqilliyimiz, azadlığımız, torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucaldılar. Bu qanlı faciə Sovet imperiyasının cinayətkar rəhbərliyinin xalqımızı müstəqil yaşamaq əzminə görə cəzalandırmaq, onu sarsıtmaq və azadlıq ideyasından əl çəkməyə məcbur etmək üçün həyata keçirdiyi ağır cinayət əməli idi. O müdhiş gücədə baş verən dəhşətli cinayət hər bir Vətən övladının qəlbini göynədir. Həmin gecə bir neçə istiqamətdən sovet qoşunları Azərbaycanın döyünən ürəyi olan Bakıya yeridildi. Qoşunlar yerləşən istiqamətlərdə təsadüfən yoldan keçən piyadalar, avtomobillə gedənlər, evində ailəsinin, uşağının yanında olanlar gülləbaran edildi.Daha sonra rayon rəhbəri həmin faciəli günlərdə həmyerlimiz olan Faiq Əlizadənin şəhid olduğunu bildirərək, onun xatirəsinin daima ağcabədililərin yaddaşlarından silinməyəcəyini nəzərə çatdırmışdır. Ağcabədi rayon İcra Hakimiyyəti Başçısı Şahin Məmmədov çıxışında həmin faciəli günlərdə fədakarlıq göstərmiş, Azərbaycan xalqının dahi oğlu Ümummilli Liderimiz, Ulu Öndər Heydər Əliyevin 20 yanvar faciəsinin səhəri günü həyatı üçün hər an yarana biləcək təhlükədən çəkinməyərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gedərək orada mətbuat konfransı keçirməsindən və xalqımızın dərdinə şərik olduğunu bildirməsindən danışmışdır. Çıxışının yekununda rayon rəhbəri qeyd etmişdir ki, 20 Yanvar - Azərbaycan xalqının tarixində Ümumxalq Hüzn günü olmaqla yanaşı, azadlıq qələbəsinin təntənəsi günü kimi də əbədi həkk olmuşdur.
Daha sonra rayonun tam orta məktəblərinin şagirdləri 20 Yanvar şəhidlərinə həsr olunmuş əbədi –bədii kompozisiya ilə çıxış etmişdilər.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, saat 12:00 –da 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Ağcabədi rayon İcra Hakimiyyəti Başçısı Şahin Məmmədov, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə müəssisə rəhbərləri, kənd icra nümayəndələri, ziyalılar və rayon ictimayyəti 20 Yanvar şəhidlərini, 1941-1945-ci illər II dünya müharibəsində həlak olmuş döyüşçülərin xatirəsini və 31 mart Azərbaycanlıların soyqırımını özündə əks etdirən möhtəşəm abidə kompleksi önünə və Qarabağ müharibəsi şəhidlərinini qəbirləri üzərinə tər qərənfil dəstələri düzmüş və onların ruhunu yad etmişlər.
Tədbirdə 8000 nəfədən çox rayon sakini iştirak etmişdir.
Fotomüxbir Mais Amin AZpress.AZ Ağcabədi rayonu.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !