Balakəndə 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş Milli qürur günümüz adlı dəyirmi masa keçirildi - + FOTO

Balakəndə 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş “Milli qürur günümüz” adlı dəyirmi masa keçirildi + FOTO

Balakən rayon Mərkəzi Kitabxanasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş “Milli qürur günümüz” adlı dəyirmi masa keçirildi. “Milli qürur günümüz” adlı tədbirdə Şəki Regional Mədəniyyət və Turzim İdarəsinin Balakən rayonu üzrə baş məsləhətçisi Ş.Hacıyeva, RİH – nin baş məsləhətçisi Z.Mustafayeva, Qarabağ Əlillər Cəmiyyətinin sədri Sarvan Şibliyev, şair R.Balakənli, şəhid ailələri, məktəb şagirləri iştirak edirdi. Tədbir iştirkarkçıları şəhidlərimizə həsr olunmuş sərgi ilə tanış oldular. Şəhidlərimiz xatirəsi bir dəqqəlik sükutla yad edildi. MKS-nin şöbə müdiri Ülviyyə Cəfərli faciələrimiz unudulmayacaq adlı məruzə ilə çıxış etdi. Tədbirdə, Sarvan Şibliyev, MKS -nin Metodika və Biblioqrafiya şöbəsinin müdiri İ.Qımrıyeva, Kitabişləmə və Biblioqrafiya şöbəsinin müdiri M.Əhmədova, Əsgər Ailəsi İctimai Birliyinin sədri N.Vahid və başqları çıxış etdilər. Təbirdə Z.Əliyeva adına 3 saylı şəhər orta məktəbin şagirləri şəhidlərə həsr olunmuş şerlər söylədilər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !