Qazaxda 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş Xalqımızın hüzn və şərəf günü adlı tədbir keçirilmişdir - + FOTO

Qazaxda 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş “Xalqımızın hüzn və şərəf günü” adlı tədbir keçirilmişdir + FOTO

Qazax rayon Elmar Hüseynov adına Mərkəzi Kitabxananın Oxu zalında 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş “Xalqımızın hüzn və şərəf günü” adlı ədəbi kompozisiya keçirdi. MKS-nin direktoru Solmaz Babanlı tədbir iştirakçılarına vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi. Çıxışında bildirdi ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının hüzn və şərəf günüdür. 27 il öncə xalqımız qırmızı imperiyanın “Qızıl Ordu”sunun, sovet hərb maşınının hücumuna məruz qalmış günahsız insanlar gülləbaran edilmiş, milli heysiyyatımız tankların tırtılları altına atılmışdı... XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında 20 Yanvar dinc əhaliyə qarşı həyata keçirilən dəhşətli cəza tədbiri kimi tarixə yazıldı. O gün heç kəs başını aşağı əymədi, “Azadlıq” sədaları göylərə qalxdı... İndi nəyin bahasına olursa-olsun biz hamımız azadlığımızı qorumalıyıq. Budur bizim şəhidlər qarşısında müqəddəs borcumuz!

 

Tədbirdə Mərkəzi Kitabxananın Xidmət şöbəsinin böyük kitabxanaçısı Kəmalə Nuruyeva “Xalqımızın hüzn və şərəf günü” mövzusunda məruzə ilə çıxış etdi. Çıxışda qeyd edildi ki, 1990-cı il yanvarın 19-da M.Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin əhalinin bundan məlumatsız qalması üçün SSRİ DTK-nın “Alfa” qrupu tərəfindən yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji bloku partladıldı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və dinc əhaliyə amansız divan tutuldu. Həmin vaxt öldürülənlərin sayı 137 insan öldürülmüş, 744 nəfər ağır xəsarət almış, 841 nəfər isə qanunsuz olaraq həbs edilmişdir.

 

Tədbirdə fəal oxuculardan Alıcanova Bəsti, Süleymanova Yetər, Süleymanova Turanə, İbrahimli Yasəmən, Kazımova Nəzrin, Abdullayeva Salatın, Əsgərov Qəzənfər şəhər 1 saylı uşaq musiqi məktəbinin şagirdi Mirzəliyev Turalın tarda ifa etdiyi həzin musiqi sədaları altında 20 Yanvar şəhidlərinə həsr olunmuş şeirlərini söylədilər.

 

Tədbirin sonunda “Xalqımızın hüzn və şərəf günü” adlı sərgiyə baxış keçirildi.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !