Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində 20 Yanvar 1990-cı il xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsidir adlı tədbir keçirilmişdir -

Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində “20 Yanvar 1990-cı il xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsidir” adlı tədbir keçirilmişdir

Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində 20 Yanvar Faciəsinin 27ci ildönümü ilə əlaqədar “20 Yanvar 1990-cı il xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsidir” adlı tədbir keçirilmişdir.

 

Tədbiri giriş sözü ilə Mərkəzin direktoru fəlsəfə doktoru Ramazan Şabanov açdı. Qeyd etdi ki, xalqımızın müstəqillik tarixi məhz şəhidlərimizin adı ilə bağlıdır. Belə ki, 1990-cı ilin 20 yanvar gecəsi dağılmaq ərəfəsində olan SSRİ-nin ağır texnika ilə silahlanmış ordusu öz müstəqilliyi uğrunda mübarizəyə qalxmış xalqımıza divan tutmaq və xalqın mübarizə əzmini qırmaq üçün vəhşiliklər törətdi. Həmin gün paytaxt Bakı dəhşətli anlar yaşadı. Ancaq səbirli xalqımız dar ayaqda özünü itirmədi, bütünlüklə ayağa qalxdı və mübarizə əzmini göstərdi. Məhz onların canı və qanı hesabına qazandıqları azadlıq və müstəqillik xalq tərəfindən heç vaxt unudulmur. Ona görə ki, şəhidlər xalqın kimliyini, mənliyini qoruyan insanlardır.

 

Daha sonra söz Mərkəzin direktor müavini Nəzakət Rəhmanovaya verildi.O, bildirdi ki, bu qanlı hadisələrdən 27 il keçsə də, xalq o müdhiş gecəni daim ürək ağrısı ilə xatırlayır və bu faciəyə səbəb olanlara nifrətini bildirir. 20 Yanvar 1990-cı il xalqımızın qan yaddaşında əbədi yaşayacaq gün kimi tariximizə həkk olunub.

 

Mərkəzin kitabxanası tərəfindən tədbirdə sərgi də təşkil olunmuşdur.

 

Tədbirin sonunda kollektiv tərəfindən canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb qanı ilə yazan şəhidlər yad edilmiş və video çarxa baxılmışdır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !