Laçın 28 nömrəli tam orta məktəbdə 20 yanvar şəhidlərinin xatirə gününə həsr edilmiş Qanlı 20 Yanvar adlı ədəbi- bədii gecə keçirilib - + FOTO

Laçın 28 nömrəli tam orta məktəbdə 20 yanvar şəhidlərinin xatirə gününə həsr edilmiş Qanlı 20 Yanvar adlı ədəbi- bədii gecə keçirilib + FOTO

1990-cı il yanvarın 20-dən 27 il ötür. Bu münasibətlə Laçın 28 nömrəli tam orta məktəbdə 7-ci sinif şagirdlərinin iştirakı ilə 20 yanvar şəhidlərinin xatirə gününə həsr edilmiş Qanlı 20 Yanvar adlı ədəbi- bədii gecə keçirilib.
Tədbir açıq elan olunmazdan öncə həmin gecə şəhid olan vətən oğulları və qızlarının ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının
Dövlət Himni səslənilib.
Çıxış üçün ilk söz Laçın rayon 28 saylı orta məktəbin direktoru Nofəl İsmayılov cənablarına və məktəbin riyaziyyat müəlliməsi, eləcə də tədbiri təşkil edən 7-ci sinif şagirdlərinin sinif rəhbəri Gülnarə Hüseynovaya verildi. Onlar həmin gecə Sovet ordusunun və Ermənistanın təcavüzkar hərəkətlərindən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı
törədilmiş faciədən söz açdılar. Eyni zamanda, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması, eləcə də sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya nümayiş etdirdiyini söylədilər. Həmçinin Azərbaycanın ümummilli lideri Heydər Əliyevin həmin vaxt xalqın yanında olmasını, daha sonra Azərbaycan Prezidenti kimi bu günə xüsusi status verməsini, onun davamçısı cənab Prezidentimiz İlham Əliyevin bu yola sadiq qalmasını qeyd etdilər. Bildirilidi ki, 20 yanvar gecəsi qan yaddaşımız olmaqla yanaşı, həm də bir qəhrəmanlıq nümunəsidir. Tədbirdə icra aparatının nümayəndəsi Leyla İlyasova və bir sıra ictimai nümayəndələr iştirak edirdi.
Tədbirin bədii hissəsində 20 yanvar hadisələrinə həsr olunmuş video rolik göstərildi. Görüntülər şərhsiz bir vəziyyətdə tədbir iştikaçılarına təqdim edildi. Əslində şərhə də heç bir ehtiyac yox idi, çünki aşkar görünürdü ki, bu bir millətə qarşı soyqrım, amansız vəhşi bir qətliamdır.
Sonra 7 ci sinif şagirdlərinin ifasında davam edən tədbir müxtəlif ardıcıllıqla bir – birini əvəz edən bədii kompozisiyalarla davam etdi. Uşaqların ifasında səslənən şeirlər və səhnədə göstərdikləri səhnəciklər tədbirə toplaşanlara təsir etdi. Şəhid anasının fəryadının təsvir edildiyi səhnələr, eləcə də nümayiş etdirilən rəqs kompozosiyası xüsusi qeyd olunmalıdır. Tədbirin final səhnsəində Azərbaycan bayrağının möhtəşəm şəkildə sənəyə gətirilməsi və 7ci sinif şagirdi Əsra Əhmədovanın söylədiyi bayraq şeiri hamını heyrətləndirdi.
Sonda söz tədbrin təşkilatçısı Röyal Sadıqova verildi. O da öz çıxışında 20 yanvar hadislərində şəhid olmuş insanların qanı, canı bahasına qazanılmış müstəqilliyimzdən söz açdı.
Sonda tədbirdə fərqlənən iştirakçılara Diplomlar təqdim olundu.

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !