«Azərikimya» İB-nin idarə və müəssisələrində 20 Yanvar faciəsi ilə bağlı anım tədbirləri keçirilmişdir - + FOTO

«Azərikimya» İB-nin idarə və müəssisələrində 20 Yanvar faciəsi ilə bağlı anım tədbirləri keçirilmişdir + FOTO

SOCAR-ın bütün struktur bölmələrində olduğu kimi, «Azərikimya» İstehsalat Birliyinin Etilen-polietilen zavodunda və Təmir-tikinti İdarəsində də 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar geniş tədbirlər keçirilmişdir.
Tədbirdən öncə kimyaçılar Birliyinin Etilen-polietilin zavodunun qarşısındakı meydan-çada torpaqlarımızın müdafiəsi uğrunda döyüşərək qəhrəmanlıqla şəhid olmuş 54 kimyaçının şərəfinə ucaldılmış xatirə kompleksini ziyarət etmiş, abidə önünə tər qərənfillər düzmüşlər.
Sonra tədbir akt zalında davam etdirilmişdir. 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, təd¬bir iştirakçıları xalqımızın azadlıq, istiqlal mübarizəsinin qarşısını hər cəhdlə almağa çalışan Sovet imperiyasının Bakıda və respublikamızın digər şəhər və rayonlarında tö¬rə¬tdikləri amansız qırğından, Kreml rəhbərliyinin Azərbaycana qarşı ədalətsiz, erməni¬pə¬rəst siyasətindən söhbət açmışlar. Qeyd olunmuşdur ki, 27 il bundan öncə - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet imperiyasının nəhəng hərb maşını müstəqillik uğrunda aparılan milli azadlıq mübarizəsini qan gölündə boğmaq üçün bir neçə istiqamətdən Bakı üzərinə yeridi. XX əsrdə insanlığa qarşı törədilmiş zorakılığın, qeyri-insani rəftarın, işgəncələrin ən dəhşətlilərindən biri olmaqla, hər birimizin yaddaşına «qanlı şənbə ge¬cəsi» kimi həkk olunan bu hərbi təcavüz nəticəsində yüzlərlə vətəndaşımız şəhidlik zirvəsinə yüksəldi. Yaralananların, itkin düşənlərin sayı isə qat-qat artıq idi. Bu, yalnız yüzlərlə insanlara edilən qəsd deyil, bütövlükdə xalqımıza, millətimizə və respublikamıza qarşı həyata keçirilən bir cinayət aksiyası idi.
Tədbirdə 1990-cı ilin 20 Yanvar faciəsindən dərhal sonra həyatını təhlükədə qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndə¬liyinə gələn, Bakıda baş verənlərlə bağlı həqiqəti bütün dünyaya çatdıraraq, bu cina¬yətin birbaşa təşkilatçısı olanları əli qana bulaşmış qatil adlandır¬an, xalqımızın azadlıq mübarizəsinin qələbəsində, müstəqilliyimizin qorunub saxlanılmasında, ölkəmizin bugünkü sürətli sosial-iqtisadi inkişafında müstəsna xidmətləri olan Ulu öndər Heydər Əliyevi minnətdarlıq hissi ilə xatırlanmış, 20 Yanvar öz torpaqlarının müdafiəsinə qalxmış, haqsızlığa və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış, bunun müqabilində güclü və qansız düşmənlə üz-üzə qalmış dinc, əliyalın insanların mərdlik, rəşadət, qürur və qəhrəmanlıq tarixi adlandırılmışdır.
Yanvarın 20-də isə kimyaçılar Sumqayıtın Şəhidlər xiyabanına gedərək, ölkəmizin azadlıq və istiqlaliyyəti uğrunda döyüşlərdə mərd mübarizlər kimi həlak olmuş Vətən şəhidlərinin məzarlarını ziyarət edəcək, xatirələrini ehtiramla yad edəcəklər.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !