Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Qanlı 20 Yanvar Faciəsi Anıldı - + FOTO

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Qanlı 20 Yanvar Faciəsi Anıldı + FOTO

Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında 20 yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirildi. Anım tədbirində BMA-nın müəllim və tələbə heyəti iştirak edirdi.
Tədbirdə ilk olaraq BMA-nın rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli çıxış edərək, 20 yanvarın onun yaddaşına yazdığı qanlı xatirələrdən danışdı. Cənab rektor qeyd etdi ki, hazırki tələbələrimiz o günün canlı şahidi olmasalar da, 20 yanvarı dünəni kimi daim yad etməli və yaşatmalıdır. Ardınca çıxış edən “Humanitar fənnlər” kafedrasının müdiri Tərlan Quliyev cənab rektorun sözlərinə istinad edərək 20 yanvar faciəvi günündə xalqımızın necə dözümlülük göstərib, qorxmadan silahsız küçələrə axışmasını və qəhrəmancasına həlak olmasını xatırladı. BMA-nın elmi işlər üzrə prorektoru, əməkdar incəsənət xadimi G. Abdullazadə bu günün əhəmiyyətini, 20 yanvar faciəsi qəhrəmanlarının şücaətini öz çıxışı ilə qeyd etdi. Anım günündə 20 yanvar faciəsinin kadrlarından hazırlanmış videoçarx nümayiş olundu.
Tədbir BMA-nın tələbələri tərəfindən ifa edilən dramatik musiqi nümunələri ilə davam etdi. Sonda milli ordumuzun hərbi paradından kadrlar təqdim olundu.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !