Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib -

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbiri giriş sözü ilə institutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov açıb. Vurğulayıb ki, 1988-1989-cu ildən etibarən Azərbaycanda xalq hərəkatı başlayıb. O, həmin gün şahidi olduğu hadisələr haqqında söhbət açıb. Bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində baş verən ən dəhşətli hadisələrdən biridir. Yanvarın 19-dan 20-ə keçən gecə xalqın etirazçı çıxışlarının qarşısını almaq və başqa millətlərin hüquqlarını qorumaq bəhanəsi ilə Bakıya Rusiyanın Stavrapol və Krasnodar vilayətindən formalaşmış 60 min əsgərdən ibarət qoşun yeridildi. Azərbaycan televiziyasının enerji bloku partladıldı. Qoşun yeridildikdən sonra Bakıda fövqalada vəziyyət elan olundu. Cavad Abidinov həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 137 insanın qətlə yetirildiyini, onlar arasında 5 nəfər başqa millətlərdən olduğunu, 700-dən artıq vətəndaşın yaralandığını, 800 nəfərin həbs edildiyini bildirib. O vurğulayıb ki, bu cür hadisələr unudulmamalıdır. Çıxışın sonunda şəhidlərin xatirəsi bir dəqiqlik sükutla yad edilib.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !