Ağcabədi şəhər 8 saylı uşaq-baxçası körpələr evində 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr edilmiş anım tədbiri keçirilmişdir - + FOTO ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi )

Ağcabədi şəhər 8 saylı uşaq-baxçası körpələr evində 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr edilmiş anım tədbiri keçirilmişdir + FOTO ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi )

19 yanvar 2017-ci il tarixində Ağcabədi şəhər 8 saylı uşaq-baxçası körpələr evində 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr edilmiş anım tədbiri keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq élan edildi və həmin gecə şəhid olan vətən oğulları və qızlarının ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan 8 saylı uşaq-baxçası körpələr evinin müdir əvəzi Əsmər Şərifova 20 Yanvar hadisələri, Dağlıq Qarabağ həqiqətləri, tarixi faktlar, ermənilərin hərbi təcavüzü, bunun ağır nəticələri barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi.
Sonra baxça uşaqlarından Şərifov Nihad,Vəliyeva Zərin-xanım,Bayramlı Elnar,Quliyeva Aylin,Mehdizadə Elşad,İbrahimli Farizin ifasında 20 Yanvara həsr edilmiş şeirlər sələndirilmişdir.
Tədbirin sonunda uşaq-baxçası körpələr evinin uşaq və müəllim kollektivi baxçanın həyətindən 700 metr yolu piyada qət edərək rayonda yerləşən Şəhidlər Xiyabanını ziyarət edərək, Şəhidlərin şərəfinə ucaldılmış abidə önünə əklil qoymuşlar.
Fotomüxbir Mais Amin AZpress.AZ Ağcabədi rayonu
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !