Azərbaycan Respublikasının Aktau şəhərində Dostluq milli-mədəni cəmiyyəti ilə birgə 20 yanvar şəhidlərinin anım mərasimi keçirmişdir - + FOTO

Azərbaycan Respublikasının Aktau şəhərində “Dostluq” milli-mədəni cəmiyyəti ilə birgə 20 yanvar şəhidlərinin anım mərasimi keçirmişdir + FOTO

18 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğu Manqistau vilayətində yaşayan azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyəti ilə birgə 20 yanvar şəhidlərinin anım mərasimi keçirmişdir. Mərasimdə, Manqistau vilayətində yaşayan azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin üzvləri ilə yanaşı Aktau şəhərində fəaliyyət göstərən digər diplomatik nümayəndəliklərin rəhbərləri və üzvləri, Aktau şəhər ictimaiyyətinin nümayəndələri, “Azərbaycanın Qazaxıstanda biznes investisiyası Assosiasiyası”nın (ABİA) üzvlər, yerli kütləvi informasiya vasitələri nümayəndələri, azərbaycanlı tələbələr iştirak etmişlər.
Tədbir keçirilən zalda 20 yanvar şəhidlərin xatirəsinə foto-kompozisiya yaradılmış, tədbir öncəsi 20 yanvar şəhidlərinə həsr olunmuş simfonik musiqi səsləndirilmişdir.
Tədbirin əvvəlində 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun rəhbəri Elxan Zeynalov çıxış edərək, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 yanvar faciəsinin baş vermə səbəblərindən danışmış və Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda həlak olanların ruhunun anılmasının hər bir azərbaycanlının borcu olduğunu qeyd etmişdir. O, ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından və bunun nəticəsində Azərbaycanda misli görünməmiş faciənin baş verdiyini bildirərək, Ümummilli lider Heydər Əliyev tərəfindən bu hadisəyə verilən qiymətdən danışmışdır.
Daha sonra, Türkiyə Respublikasının Aktau şəhərindəki Baş konsulu Korhan Kürgeri, Manqistau vilayətindəki azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin sədri Vaqif Nəbiyev, professor Yusif Quliyev, Manqistau vilayət ağsaqqallarından və ictimaiyyət arasında nüfuzlu şəxslərindən olan Sarsenbay Tulebayev çıxış edərək, 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin ən şərəfli tarixi olduğunu qeyd etmişlər. Şair Rövşən Həsənli isə 20 yanvar şəhidlərinə həsr etdiyi şeiri səsləndirdi.
Çıxışlardan sonra 20 yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirildi.
Rəsmi hissədən sonra 20 yanvar şəhidlərinin ruhuna azərbaycanlı iş adamları Kərim Hüseynov və Əliəşrəf Allahverdiyev tərəfindən təşkil olunmuş ehsan süfrəsi açılmış, dualar oxunmuşdur. 20 yanvar şəhidlərinin xatirəsi ilə bağlı ehsan payları həmçinin Aktau şəhərində yaşayan az təminatlı ailələrə də paylanılmışdır.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !