Qazaxıstan Respublikasının Atırau vilayətində Novruz milli-mədəni cəmiyyəti tərəfindən 20 yanvar şəhidlərinin anım mərasimi keçirmişdir - + FOTO

Qazaxıstan Respublikasının Atırau vilayətində “Novruz” milli-mədəni cəmiyyəti tərəfindən 20 yanvar şəhidlərinin anım mərasimi keçirmişdir + FOTO

18 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş konsuluğunun konsul dairəsinə daxil olan Atırau vilayətində vilayətdə fəaliyyət göstərən azərbaycanlıların “Novruz” milli-mədəni cəmiyyəti tərəfindən 20 yanvar şəhidlərinin anım mərasimi keçirmişdir. X.Dosmuxamedov adına Atırau Dövlət Universitetində fəaliyyət göstərən “Azərbaycan Tarix və Mədəni İrsinin Araşdırılması Mərkəzi”ndə təşkil olunmuş tədbirdə Qazaxıstan Xalqları Assambleriyasının Atırau vilayət rəhbərinin müavini Şovkenova Gülmira Muslimovna, vilayətdə yaşayan digər milli-mədəni cəmiyyətlərin rəhbərləri, universitetin müəllim və tələbələri, Azərbaycan diasporunun üzvləri iştirak etmişlər.
Tədbirin əvvəlində 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra azərbaycanlıların “Novruz” milli-mədəni cəmiyyətinin sədri Eldar Əhmədov çıxış edərək, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 yanvar faciəsinin baş vermə səbəbləri haqqında məlumat vermişdir. O, 1990-cı ilin 20 yanvarında Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi nəticəsində baş vermiş faciə haqqında məlumat vermişdir.
Qazaxıstan Xalqları Assambleriyasının Atırau vilayət rəhbərinin müavini Şovkenova Gülmira Muslimovna, Qazaxıstan Xalqları Assambleriyasının Atırau vilayəti “Dostluq evi”nin direktoru Amanturlina Tamara Uteqenovna, Atırau vilayətindəki çeçen-inquş diasporunun sədri Zurubayev Zelimxan Asabaliyeviç çıxış edərək, bu faciənin təkcə azərbaycanlıların deyil, həm də digər xalqların da faciəsi olduğunu vurğulamış və bu faciədə Azərbaycan xalqının yanında olduğlarını qeyd etmişlər.
Çıxışlardan sonra 20 Yanvar faciəsi ilə bağlı film nümayiş etdirilmişdir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !