Şabranda Qəhrəmanlıq və iftixar tariximiz 20 Yanvar adlı tədbir keçirilmişdir -

Şabranda “Qəhrəmanlıq və iftixar tariximiz 20 Yanvar” adlı tədbir keçirilmişdir

20 Yanvar hadisəsinin 27-ci il dönümü ilə əlaqədar Şabran rayon Mərkəzi kitabxananın 48 saylı Söhbətli filialında “Qəhrəmanlıq və iftixar tariximiz 20 Yanvar” adlı tədbir keçirilmişdir. Tədbirə Söhbətli kənd məktəbinin direktoru və şagird kollektivi dəvət olunmuşdur. Mövzu ətrafında məktəbin direktoru Ələkbərova Məhəbbət məruzə edərək bildirdi ki, ən uca yerdə qərar tutan “Şəhidlər Xiyabanı” dövlət tərəfindən yüksək səviyyədə abadlaşdırılmış və bütün azərbaycanlıların ziyarət yerinə çevrilmişdir. Sonra Hüseynova Afət və Nuriyev Rasim çıxış edərək “Qarabağ uğrunda gedən döyüşlərdə yüzlərlə oğullarımız uca şəhidlik zirvəsinə yüksəlmişlər” və onların xatirəsini həmişə yüksək səviyyədə qeyd etmək bizim borcumuzdur. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !