20 Yanvar-Ümumxalq hüzn günü münasibətilə Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən tədbirlər keçirildi - + FOTO

20 Yanvar-Ümumxalq hüzn günü münasibətilə Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən tədbirlər keçirildi + FOTO

20 yanvar- Ümumxalq hüzn günü münasibəti ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Zaqatala, Zərdab, Goranboy, Göygöl, Ağdam, Qəbələ, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən bir sıra tədbirlər həyata keçirimişdir. Məktəblilərin, ictimai fəal gənclərin iştirak etdiyi tədbirlərdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmiş, 20 Yanvar tarixinin xalqımızın qəhrəmanlıq səhifəsi olduğu vurğulanmışdır. Tədbirdə çıxış edənlər iştirakçılara 20 Yanvar tarixinin əsl həqiqətləri barədə məruzələr etmişdirlər. Xüsusilə uşaqlarda vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə uşaqların Şəhidlər Xiyabanına ziyarəti təşkil olunmuş, “20 Yanvar” tarixi ilə bağlı inşa müsabiqəsi keçirilmişdir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !