20 Yanvar tariximizin həm qanlı, həm də qəhrəmanlıq səhifəsidir - + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

20 Yanvar tariximizin həm qanlı, həm də qəhrəmanlıq səhifəsidir + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Masallı rayon mərkəzi kitabxanasında 20 Yanvar faciəsi ilə əlaqədar tədbir keçirildi. MKS-nin direktoru Əlhəddin Nəzərov tədbir iştirakçılarını 20 Yanvar şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət etdi. O, 1990-cı il Yanvar ayının 20-də Bakıda törədilən bu qanlı qırğın haqqında danışaraq, bu faciəli hadisələrin XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü olduğunu bildirdi. Daha sonra Tarix-Diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva çıxış edərək faciə baş verdiyi günlərdə həmin qanlı hadisələri öz gözləri ilə gördüyünü, sovet ordusu əsgərlərinin dinc əhaliyə necə amansızlıqla divan tutduğunun canlı şahidi olduğunu bildirdi. O, 20 Yanvar gecəsi yaşanan hadisələrin xalqımız üçün nə qədər ağrılı nəticələri olsa da, eyni zamanda tariximizin şərəfli səhifələrindən birinin yazıldığını, canlarından keçən qəhrəman oğul və qızlarımızın böyük fədakarlığı sayəsində xalqımızın azadlıq mübarizəsinin qələbə ilə yekunlaşdığını, dövlət müstəqilliyimizin məhz şəhidlərin qanı bahasına əldə edildiyini qeyd etdi.
Daha sonra İsfəndiyar Zülalov adına İsgəndərli tam orta məktəbin 7-ci sinif şagirdləri Amil Nəsirov, Cavidan Şərifov, 8-ci sinif şagirdi Aynur Əliyeva, 6-cı sinif şagirdləri Rəşad Qasımov, Rəvan Məmmədov və başqaları 20 Yanvar şəhdlərinin xatirəsinə həsr edilmiş şeirlər söylədilər.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !