1990-cı il Masallı Tarix-Diyarşünaslıq Muzeyinin Qanlı Yanvar Qurbanları nda əks olunmuşdur - + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

1990-cı il Masallı Tarix-Diyarşünaslıq Muzeyinin “Qanlı Yanvar Qurbanları”nda əks olunmuşdur + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

R.Tağıyev adına Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Qanlı Yanvar Qurbanları” adlı sərgi nümayiş olunmuşdur. Muzeyin ekspozisiyasında sərgilənən əsərlərdə 1990-cı ildə Bakıda törədilən 20 Yanvar hadisələri ilə bağlı fotoşəkillər və şəhidlərimizə aid materiallar təqdim edilmişdir. Həmin vaxtın 20 Yanvar günü Azərbaycan sakit və ölü bir dənizə bənzəyirdi. Xalq ağır və dəhşətli faciədən xəbərsiz idi. Görünməmiş qəddarlıqla keçirilən cəza tədbirləri nəticəsində heç bir günahı olmayan 133 dinc sakin öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar olmuşdur. Bu hadisə sovet rejiminin törətdiyi ən qanlı faciələrdən biri və dinc əhaliyə qarşı yönəlmiş vəhşi bir cinayət hadisəsi idi.

Tamaşaçılar muzeyin “Xatirə kitabı”nda öz ürək sözlərini yazırlar.

Qeyd edək ki, tədbir həftə ərzində, 16-21 yanvar tarixinə kimi davam edəcəkdir.


AZpress.AZ -
Masallı,

Müxbir Əlihüseyn ŞÜKÜROV .  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !