Turac Hilal : - "Məzarı dəniz şəhid"

Turac Hilal : "Məzarı dəniz şəhid"

Dalğaların buza dönmuş köpüyündə necə-neçə göz parlayır.
Üşüdükcə ləpələrin qoynundakı qərənfillər inildəyərək ağlayır.
Qulaq asın siz suların, qayalara çırpılanda - fəryadına.
Sanki Xəzər günahkardı...qəmli-qəmli hay verirdi o qadına.
20 yanvar səhəri... Sahildə durub bir ana...
Məzlum-məzlum baxır ona.
Asılıbdı ağ saçlarından sırsıra,
Düşür batıq gözlərindən buz damcllar ara-sıra.
Əsə-əsə bir qərənfil gətiribdir balasına,
Sürtür titrək əlləriylə,
Köpüklərdə parıldayan baxışların yarasına.
Əsən külək gətirirdi o gecənin qan qoxuyan nəfəsini,
Sanki ana eşidirdi övladının, “Azadlıq!” deyən səsini.
O səsin ardınca düşüb, neçə ildir dolaşırdı küçə -küçə,
Azadlıqçün yanan oğlu, itgin düşmüşdü o gecə.
Milyon dəfə dövrə vurub Şəhidlər Xiyabanını,
Məzarların arasında axtarıbdı oğlunun son ünvanını.
Oxşayırdı bicə-bircə məzarların yarasını.
Soruşurdu lal daşlardan balasını.
Pıçıldayırdı adamlar çarəsiz anaya baxıb.
-Yazıq qadın, oğlun kimi neçə igid o geçə dənizə axıb.
Xiyabandan üzdü onu pıçıltılar,
İndi onun tək ümüdü olub sular.
Əyilərək sığal çəkir dalğaların qırışına.
Bəlkə də əlvida edir o ömrünün son qışına.
Titrəyən anaya baxıb, göy ləpələr çuşa gəlir,
Qayaların sinəsini sanki yenə o səs dəlir.
-Azadlıq! Azadlıq! Azadlıq!...
Bu səs heç vaxt susmayacq.
Azadlıq Şəhidlərini bu Vətən unutmayacaq!
Səsinizə göy Xəzərdən hər səhər Günəş doğacaq.
Məzarı dəniz şəhidin, qanı dünyanı boğacaq!

 

Turac Hilal 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !