AQRAR UNİVERSİTETDƏ 20 YANVAR XALQIN QÜRUR VƏ ŞƏRƏF TARİXİDİR ADLI SİSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB - + FOTO

AQRAR UNİVERSİTETDƏ 20 YANVAR XALQIN QÜRUR VƏ ŞƏRƏF TARİXİDİR ADLI SİSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB + FOTO

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olan 1990-cı il 20 Yanvar hadisələrindən bir il də keçdi. Keçmiş sovet dövlətinin həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri kimi hər il anılır, xalqımızın qürur və şərəf tarixi kimi yaşanır. Azərbaycan Dövlət Aqrar Universitində keçirilən anım tədbirində də bildirilib ki, milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

 

Universitetin mətbuat xidmətinin xəbərində deyilir ki, Aqranomluq, Aqrar iqtisadiyyat, Aqrobiznes və idarəetmə, Elektroenergetika və Informasiya texnologiyaları, eləcə də digər fakultələrdə keçirilən tədbirlərdə sovet ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşilik olduğu dilə gətirilib. Aqranomluq fakültəsinin dekanı Məhərrəm İsmayılıov, Biologiya kafedrasının professoru Bəhmən Əliyev, Dillər kafedrasının müdiri Aidə Həsənova, İctimai elmlər və multikulturalizm kafedrasının müdiri, professor Azad Bayramov çıxışlarında bildirib ki, heç şübhəsiz 1990-cu il yanvarın 20-də Bakıda baş verən hadisələri Qarabağdakı erməni təcavüzündən ayrıca təhlil etmək düzgün deyil. Çünki Azərbaycan həmin dövrdə Ermənistanın təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görmədi, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan xüsusi təlim keçmiş erməni əsgər və zabitləri, eləcə də sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil etdilər.

 

Universitetin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov isə keçirilən tədbirlərdə faciənin mahiyyətindən danışıb, xalqın iradəsinin yenilməzliyindən qürur duyduğunu söyləyib. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verilidiyini, Prezident İlham Əliyevin şəhidlərin adını uca tutmasını, onların ailələrinin sosial problemlərinin həll edilməsinə xüsusi diqqət göstərdiyini vurğulayıb.

 

Tələbələrin hazırladığı ədəbi-bədi kompozisiyalar və səhnələr isə tədbirə sanki bir canlanma gətirib, bir anlıq iştirakçıları həmin dəhşətli gecəyə qaytarı 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !