Biləsuvar rayon Mərkəzi kitabxanasında 20 Yanvar Faciəsinin 27 ildönümü ilə əlaqədar tədbir keçirilmişdir - + FOTO

Biləsuvar rayon Mərkəzi kitabxanasında 20 Yanvar Faciəsinin 27 ildönümü ilə əlaqədar tədbir keçirilmişdir + FOTO

17 yanvar 2017-ci il tarixində Biləsuvar rayon Mərkəzi kitabxanasında 20 Yanvar Faciəsinin 27 ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbirdə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar faciəsi barədə ətraflı məlumat verildi. Sovet ordusunun döyüş hissələrinin Bakı şəhərinə yeridilməsi xalqa qarşı törədilən misli görünməmiş faciəyə gətirib çıxardı. Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs Ümummilli Lider Heydər Əliyev olmuşdur. O, 21 yanvar 1990-cı il tarixdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu hadisəni törədən şəxsləri kəskin pisləmiş və bunun heç bir insanlığa sığmayan vəhşilik olmaqla bərabər, demokratiyaya yad və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etmişdir. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Ulu Öndər Heydər Əliyev müstəqil respublikamıza rəhbərlik etdiyi sonrakı dövrlərdə də daima çalışmışdır ki, dünya ölkələri 20 Yanvar hadisələrinə siyasi qiymət versin və bu hadisə müstəqilliyi uğrunda mübarizə aparan bir xalqın başına gətirilən acı bir hadisə kimi tanınsın. Tədbirdə 6 saylı məktəbin şagirdləri 20 yanvar faciəsinin 27 ildönümü ilə əlaqədar faciəyə həsr olunmuş şerlər söylədilər. Tədbirin sonunda sənədli filmə tamaşa edildi. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !