Füzulidə 20 Yanvar faciəsinə həsr olunmus "Tarixləşən yaddaşımız" adlı tamaşa nümayiş olunub - + FOTO

Füzulidə 20 Yanvar faciəsinə həsr olunmus "Tarixləşən yaddaşımız" adlı tamaşa nümayiş olunub + FOTO

Füzuli Dövlət Dram Teatrı 20 Yanvar faciəsinin 27-ci il dönümünə həsr olunmus "Tarixləşən yaddaşımız" adlı poetik xalq faciəsini Horadiz şəhər orta məktəb kollektivinə və sərhəd qoşunları zabit və əsgər heyətinə təqdim edib. Teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev və teatrın ədəbi hissə müdiri Əfsanə Kərimovanın ssenarisi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Tamaşada faciə qurbanlarının obrazları, onların keçdiyi həyat yolu, yarımçıq qalan arzuları əks olunur.

Məlumat üçün bildirək ki, hər il olduğu kimi bu il də Füzuli Dövlət Dram Teatrı faciə qurbanlarının xatirəsini yüksək səviyyədə anır və xatirəsini əbədiləşdirir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !