Murmanskda 20 Yanvar şəhidləri anılacaq - + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Murmanskda 20 Yanvar şəhidləri anılacaq + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Murmanskda Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) regional bölməsinin, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yerli nümayəndəliyinin fəalları və azərbaycanlı tələbələr tərəfindən 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbirlər təşkil olunacaq.
Tədbirlər çərçivəsində şəhidləri anma mərasimi, bədii və foto sərgilər keçiriləcək, 1990-cı ilin qanlı yanvar hadisələri haqqında filmlər nümayiş olunacaq.
"TƏRƏQQİ" medallı, Rusiyanın Murmansk Vilayət İctimai Palatasının üzvü, ÜAK-ın regional bölməsinin sədri Afil Hüseynovun AZpress.AZ -a verdiyi məlumata görə, yanvarın 20-də faciəyə həsr edilmiş elmi-praktik konfrans keçiriləcək.
Nəzərdə tutulan tədbirlərdə bələdiyyə və hökumət orqanlarının, diaspor təşkilatlarının nümayəndələri, Murmansk Vilayət İctimai Palatasının üzvləri, KİV təmsilçiləri iştirak edəcəklər.
Ümumrusiya Azərbaycan Konqresinin Murmansk bölməsinin fəalları dünya parlamentarilərinə müraciət, habelə Rusiya Federasiyasının Murmansk vilayət hökumətinin rəsmi saytında və bir sıra regional KİV-lərdə dərc olunacaq 1990-cı il yanvar hadisələrinin 27-ci ildönümü ilə bağlı məqalələr hazırlayıblar.


MURMANSK.
Müxbir Əlihüseyn ŞÜKÜROV .  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !