20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr edilmiş şeir müsabiqəsi - + FOTO

20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr edilmiş şeir müsabiqəsi + FOTO

13 yanvar 2017-cı il tarixdə Babək Rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Babək qəsəbə 1 №-li tam orta məktəbində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr edilmiş rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında şeir müsabiqəsi keçirilmişdir. Müsabiqənin keçirilməsində məqsəd 20 Yanvar faciəsində həlak olmuş şəhidlərin xatirəsinin yad edilməsi, şagirdlərə vətənpərvərlik hissini aşılamaq, 20 Yanvar faciəsi haqqında məktəblilər arasında məlumatların artırılmasından ibarət idi. Müsabiqə başlamadan öncə Babək Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Sevinc Quliyeva, Təhsil Şöbəsinin əməkdaşı Əbdüləli Mirzəyev çıxış edərək 1990-cı il 20 Yanvar faciəsi ilə bağlı şagirdlərə məlumat vermiş, 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Müsabiqədə iştirak edən 20 məktəbdən I yerə Kərimbəyli kənd tam orta məktəbinin VIII sinif şagirdi Mehrəliyeva Bahar, II yerə Vayxır kənd tam orta məktəbinin IX sinif şagirdi İsmayılova Nurgül, III yerə Yarımca kənd tam orta məktəbinin VIII sinif şagirdi Məmmədova Zəhra layiq görülmüşdür. Qalib məktəblərin şagirdlərinə təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim edilmişdir. Müsabiqədə 40 şagird iştirak etmişdir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !