20 Yanvar şəhidlərinin xatirəsinin yad edilməsi məqsədi iləSədərək rayon Tarix-Diyarşünaslıq Muzeyinə gəzinti təşkil edilmişdir - + FOTO

20 Yanvar şəhidlərinin xatirəsinin yad edilməsi məqsədi iləSədərək rayon Tarix-Diyarşünaslıq Muzeyinə gəzinti təşkil edilmişdir + FOTO

12 yanvar 2017-ci il tarixdə 20 Yanvar şəhidlərinin xatirəsinin yad edilməsi məqsədi ilə Sədərək Rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Heydərabad qəsəbə tam orta məktəbinin şagirdlərinin Sədərək rayon Tarix-Diyarşünaslıq Muzeyinə gəzintisi təşkil edilmişdir. Əvvəlcə Sədərək Rayon Gənclər və İdman İdarəsinin rəisi Etibar Əliyev çıxış edərək gənclərə tədbirin mahiyyəti və 20 Yanvar faciəsi qurbanları haqqında ətraflı məlumat vermişdir. Tədbirdə çıxış edən Heydərabad qəsəbə tam orta məktəbinin müəllimləri Vətən Əhmədov və Zakir Zamanov qeyd etmişlər ki, 20 Yanvar faciəsi eyni zamanda bizim müstəqillik tariximizin ən şanlı səhifələrindən biridir. Sonra Muzeyin bələdçisi Novruz Əliyev Muzeydə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsini əbədiləşdirən fotoşəkilləri, sənədləri, döyüş fəaliyyətlərini əhatə edən digər materiallar və digər eksponatlar haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Gəzintidə 25 nəfər məktəbli iştirak etmişdir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !