20 Yanvar şəhidlərinin xatirəsinin yad edilməsi məqsədi ilə gənclərin Xatirə Muzeyinə gəzintisi təşkil edilmişdir - + FOTO

20 Yanvar şəhidlərinin xatirəsinin yad edilməsi məqsədi ilə gənclərin Xatirə Muzeyinə gəzintisi təşkil edilmişdir + FOTO

11 yanvar 2017-ci il tarixdə 20 Yanvar şəhidlərinin xatirəsinin yad edilməsi məqsədi ilə gənclərin Xatirə Muzeyinə gəzintisi təşkil edilmişdir. Əvvəlcə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının Gənclərlə iş şöbəsinin müdiri Nicat Babayev çıxış edərək gənclərə tədbirin mahiyyəti və 20 Yanvar faciəsi qurbanları haqqında geniş məlumat vermişdir. Daha sonra Muzeyin bələdçisi Rəqsanə Kərimova Muzeydə olan eksponatlar və Muzeyin yaranma tarixi haqqında tədbir iştirakçılarını məlumatlandırmışdır. Qeyd olunmuşdur ki, Muzeydə 400-dən çox eksponat vardır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsinin əbədiləşdirildiyi Muzeydə şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda, qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar nümayiş etdirilir. Gəzintidə 30 nəfər gənc iştirak etmişdir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !