Ağcabədidə 20 Yanvar- Qan yaddaşımız adlı silsilə tədbirlərə start verildi - + FOTO ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi )

Ağcabədidə 20 Yanvar- Qan yaddaşımız adlı silsilə tədbirlərə start verildi + FOTO ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi )

13 yanvar 2017-ci il tarixindən YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurası və Rayon Təhsil Şöbəsi ilə əməkdaşlıq çərçivəsində 20 Yanvar- Qan yaddaşımız adlı silsilə tədbirlərə start verildi. İlk tədbir Səməd Vurğun adına şəhər 4 saylı tam orta məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə Ağcabədi rayon Şəhidlər Xiyabanında təşkil edilmişdir.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Teymur Qasımov 20 yanvar şəhidlərinin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etdikdən sonra qanlı hadisələri iştirakçıların diqqətinə catdırmış,şəhidlərimizin ruhuna Allahdan rəhmət diləmişdir. YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Qafarova çıxışında vurğulamışdır ki,bu günü matəm deyil,bir azadlıq mübarizəsi kimi xatırlamaq lazımdır.O, Azərbaycan gənclərini qanımız bahasına əldə etdiyimiz müstəqilliyimizi qorumaq üçün daha da mübariz olmağa səsləmişdir.YAP Ağcabədi rayon təşkilatının əməkdaşları Ramil Nağıyev və Mehman Novruzov da 20 Yanvar hadisələri barədə fikirlərini paylaşaraq,iştirakçısı olduqları Qarabağ müharibəsi zamanı şəhid olmuş vətən övladlarının ruhunu hörmətlə anmış,bundan sonrada bu yolda lazım gələrsə canlarından keçməyə hazır olduqlarını bildirdilər.
Məktəbin şagirdlrinin ifasında 20 yanvara və şəhidlərə aid şeirlər səsləndirildikdən sonra Şəhidlər Xiyabanı ziyarət edilmişdir.
Fotomüxbir Mais Amin AZpress.AZ Ağcabədi rayonu.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !