Gəncədə tank əleyhinə mina aşkarlanıb -

Gəncədə tank əleyhinə mina aşkarlanıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Gəncə şəhərində aşkar olunmuş mina və partlamamış hərbi sursatlar haqqında məlumat yayıb.

 

ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Kəpəz rayonunun Məhsəti Gəncəvi qəsəbəsi ərazisindən 1 ədəd TM-62P tank əleyhinə mina aşkar edilərək götürülüb, nəticə etibarilə 50 kvadratmetr ərazi yoxlanılıb.

 

Ümumilikdə agentlik tərəfindən yanvarın 1-dən 9-dək Füzuli rayonu, Lənkəran və Gəncə şəhərlərində 1 otlaq sahəsinə və dəniz kənarına baxış keçirilıb, 10 ədəd tank əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib, 2 min 750 kvadratmetr ərazi yoxlanılıb.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !