İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Gəncə şəhərində investisiya layihələrinin qəbuluna başlayır -

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Gəncə şəhərində investisiya layihələrinin qəbuluna başlayır

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Gəncə şəhərində sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu dekabrın 22-də Gəncə şəhərində işgüzar forum keçirmişdir. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:
- istixana təsərrüfatlarının, üzlüklər, dam örtükləri, dəmir qapı, plastik qablar, polietilen paketlər, plastik qapı-pəncərə və sabun istehsalı müəssisələrinin yaradılması.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected] 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !