Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu Gəncə şəhərində gənclərlə görüş keçirdi - + FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu Gəncə şəhərində gənclərlə görüş keçirdi + FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyətinin 5 illiyinə həsr olunmuş tədbirlər davam edir. Növbəti tədbir 23 dekabr 2016-cı il tarixində Gəncə şəhərində keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə şəhər rəhbərliyi, Gənclər Fondunun rəsmiləri, həmçinin, Daşkəsən, Tərtər, Goranboy, Göyçay, Ağsu, Göygöl, Samux, Mingəçevir, Ağdam, Yevlax, və Zərdab rayonlarının gənclər və idman idarələrinin nümayəndələri və rayon gəncləri iştirak ediblər.
Tədbirdə giriş sözü ilə Azərbaycan Respublikasının Prezindeti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış ediblər. E.Vəliyev çıxışında bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün ölkə başçısı tərəfindən uğurla davam etdirilir. Gənclər Fondu da bu siyasətin bir istiqaməti olaraq, öz işləri ilə adından söz etdirməyi bacarıb. Bu il Fondun fəaliyyətinin 5 ili tamam olması münasibətlə Fondun icraçı direktoru başda olmaqla, bütün əməkdaşlarını və gəncləri təbrik etmişdir. Elmar Vəliyev 2016-cı il Gənclər Paytaxtı elan olunan Gəncə şəhərində keçirilən tədbirlərdə də Gənclər Fondunun fəal iştirakı və dəstəyi üçün Fonda təşəkkürünü bildirmiş və işlərində uğurlar arzu edtmişdir.
Sonra Fərhad Hacıyev dəvət edilən 15 rayon gənclərini salamlayaraq, Fondun bu günə qədər həyata keçirtdiyi qrant müsabiqələrdə yaxından fəal iştirak etdikləri üçün təşəkkürünü bildirmişdir. Fərhad Hacıyev çıxışında qeyd etmişdir ki, Cənab Prezidentin gənclərə olan diqqət və qayğısının bariz nümunəsi kimi Azərbaycan prezidenti cənab İlham Əliyevin 19 dekabr 2011-ci il tarixli, 542 saylı fərmanı ilə Gənclər Fondu yaradılmışdır. Fəaliyyətinin 5 ilində Gənclər Fonduna 7098 layihə daxil olmuş, onlardan 3341-i dəstəklənmişdir. Ötən müddətdə Fond tərəfindən bugünki görüşdə iştirak edən Gəncə şəhəri üzrə 357, Samux rayonu üzrə 31, Göygöl rayonu üzrə 33, Ağdaş rayonu üzrə 31, Yevlax rayonu üzrə 72, Goranboy rayonu üzrə 30, Tərtər rayonu üzrə 28, Bərdə rayonu üzrə 77, Mingəçevir şəhəri üzrə 187, Naftalan şəhəri üzrə 12, Zərdab rayonu üzrə 32, Ucar rayonu üzrə 37, Göyçay rayonu üzrə 46, Daşkəsən rayonu üzrə 13, Ağdam rayonu üzrə 53 və Laçın rayonu üzrə 7 layihə dəstəklənmişdir.
Tədbirin gedişatında millət vəkili Naqif Həmzəyev və Gəncə Şəhər Gənclər və idman baş idarəsinin rəisi Müşfıq Cəfərov çıxış edərək Gənclər Fondunun maliyyə dəstəyi ilə təmsil etdikləri rayonlarda keçirilən layihələr haqqında məlumat vermiş, Fondun rayon gənclərinə göstərdiyi diqqət və qayğını vurğulamış və Fonda təşəkkürlərini bildirmişlər.
Daha sonra Gənclər Fondunun elan etdiyi qrant müsabiqələrində layihə qalibi olmuş Gələcəyə Körpü gənclər təşkilatının sədri Seymur Vəliyev və Turan Məmmədzadə çıxış edərək Gənclər Fonduna minnətdarlığını bildirmiş və gənclərə müraciət edərək Fonda layihə göndərməyə çağırmışlar.
Sonda Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev yekun nitqini söyləmiş və Gəncə şəhəri adından Fərhad Hacıyeva xalça hədiyyə etmişdir.
Tədbirin rəsmi hissəsi bitdikdən sonra Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının inzibati binasında Gəncə şəhər gəncləri üçün Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin ifasında konsert proqramı təşkil olunmuşdur.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !