EkoGənc layihəsinin Gəncə Uşaq Evində dördüncü təlimi və bağlanış mərasimi keçirilib - + FOTO

“EkoGənc” layihəsinin Gəncə Uşaq Evində dördüncü təlimi və bağlanış mərasimi keçirilib + FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsində qalib olan “EkoGənc” layihəsinin Gəncə Uşaq Evində dördüncü təlimi və bağlanış mərasimi keçirilib.
Layihənin əsas məqsədi Gəncədə ekologiyanın qorunması, ətraf mühitlə bağlı ekoloji aksiyalarda gənclərin rolunu artırmaq və dəstək olmaqdır.Gənclərin boş vaxtlarını səmərəli keçirmələrinə kömək etmək.
Tədbiri layihə rəhbəri Seymur Mirzəyev qonaqları və iştirakçıları salamlayaraq açıq elan etmişdir. Seymur Mirzəyev daha sonra isə layihənin məqsədini bildirmişdir.Təlimi EkoGənc layihəsinin təlimçisi və Gəncə Debat Yarışının qalibi Məmmədtahir bəy Şamxalov keçmişdi. Təlimdə Sahibkar Qadınlar İctimai Birliyinin sədr müavini Leyla xanım Məmmədova qonaq qismində iştirak etmişdi. Təlimdə Gəncə Uşaq Evinin tələbələridə iştirak ediblər. Təlimdə yenədə ekologiya haqqında ümumi məlumat , ətraf mühitin qorunması və təmizliliyi haqqında aktib müzəkirələr aparıldı. Təlimin sonunda layihənin rəhbəri Seymur Mirzəyev və təlimçisi Məmmədtahir Şamxalov iştirakçıları sertifikatlarla təltif elədilər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !