EkoGənc layihəsinin iştirakçıları könüllü şəkildə ağac əkmə aksiyası təşkil ediblər - + FOTO

“EkoGənc” layihəsinin iştirakçıları könüllü şəkildə ağac əkmə aksiyası təşkil ediblər + FOTO

Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “EkoGənc” layihəsinin iştirakçıları könüllü şəkildə ağac əkmə aksiyası təşkil ediblər. Ağac əkmə aksiyasının məqsədi yaşıllıq zonaların artırılması, gənclərin vaxtlarının səmərəli təşkili və ətraf mühitin sağlamlığıdır. Gənclər Ağac Əkmə aksiyasında Eldar Şamı ağaclarından istifadə ediblər. Ağac Əkmə aksiyası Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində ağac əkmə üçün ayrılan boş ərazilərdə təşkil olunub.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !