Həyatımızı geri qazanaq layihəsi həyata keçirilib -

“Həyatımızı geri qazanaq” layihəsi həyata keçirilib

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Həyatımızı geri qazanaq” adlı layihə həyata keçirilib.



Layihənin rəhbəri Nuray Rüstəmova bildirdi ki, layihə çərçivəsində 2 təlim təşkil edilmişdir. İlk təlim 25 noyabr Gəncə şəhəri 5 saylı orta məktəbdə, ikinci təlim isə 26 noyabr Gəncə Dövlət Universitetində həyata keçirilmişdir. Təlimlərdə iştirakçılara ekologiyanın qorunması, gələcək nəslin də təbii resurslardan istifadə edə bilməsi üçün təkrar emalın əhəmiyyəti vurğulanmışdır. Kağızın təkrar emalı vasitəsilə 16 ədəd ağacın kəsilməsinin qarşısının alınması, ətraf mühitin tullantılardan təmizlənməsi, oksigen qazının qorunub saxlanmasının mümkünlüyü iştirakçılara təlimlər vasitəsi ilə aşılanmışdır.



İştirakçılara layihə çərçivəsində hazırlanmış məlumatlandırıcı bukletlər və dəftərxana ləvazimatları paylanılmışdır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !