Qazaxda "Dünyəvi dövlətdə din: Azərbaycan modeli mövzusunda seminar-treninq keçirilib - + FOTO

Qazaxda "Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar-treninq keçirilib + FOTO

Noyabrın 23-də Qazax rayonu Heydər Əliyev Mərkəzində “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar-treninq keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, DQİDK-nın əməkdaşı Namiq Talıbov, DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Eldəniz Vəliyev və əməkdaşı Pərvin Zeynalov, Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülayə Həsənova, DTX-nın nümayəndəsi, ictimayyət nümayəndələri iştirak ediblər.
Tədbiri açıq elan edən DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Eldəniz Vəliyev məruzəsində dini maarifləndirmənin aparılmasının vacibliyindən, dövlət-din münasibətlərindən və qarşıda duran məsələlərdən danışıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov isə çıxışında cənab Prezidentin müvafiq sərəncamına uyğun olaraq hər il istər müsəlman, istərsə də qeyri-müsəlman dini icmalara dövlət tərəfindən maliyyə yardımları ayrıldığını bildirib. O qeyd edib ki, həmin icmalarla əlaqələndirici görüşlər keçirilir, onların fəaliyyətlərinin inkişafı istiqamətində müvafiq tədbirlər görülür.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müavini Gülayə Həsənova qeyd edib ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərimizin radikal dini cərəyanların təsiri altına düşməməsi və bu sahədə maarifləndirmə işlərinin aparılmasından ibarətdir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !