Qərb bölgəsinin ən böyük ticarət və əyləncə mərkəzi gələn ilin birinci rübündə istifadəyə veriləcək - + FOTO

Qərb bölgəsinin ən böyük ticarət və əyləncə mərkəzi gələn ilin birinci rübündə istifadəyə veriləcək + FOTO

Gəncənin mərkəzində, Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində tikilən qərb bölgəsinin ən nəhəng ticarət və əyləncə mərkəzi 2017-ci ilin birinci rübündə istifadəyə veriləcək.

 

Bu barədə AZƏRTAC-a Gəncə Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

 

Bildirilib ki, 2014-cü ildə orijinal memarlıq layihəsi əsasında “Paşa Holdinq” tikinti şirkəti tərəfindən inşasına başlanılan, ümumi sahəsi 52 min 320 kvadratmetr olan ticarət və əyləncə mərkəzində işlər daha da sürətləndirilib.

 

Hazırda binanın metal və şüşə konstruksiyalarla üzlənməsi işləri aparılır. 

 

 

Fotolar AZƏRTAC-ındır

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !