Gəncənin Heydər Əliyev Park Kompleksində gölə buraxılmış yapon balıqları sürətlə çoxalır - + FOTO

Gəncənin Heydər Əliyev Park Kompleksində gölə buraxılmış yapon balıqları sürətlə çoxalır + FOTO

Gəncənin Heydər Əliyev Park Kompleksində süni göldəki yapon sazan balıqlarının sayının artması səbəbindən onların bir hissəsinin digər su hövzələrinə köçürülməsi planlaşdırılır.

 

Bu barədə AZƏRTAC-a müsahibəsində Heydər Əliyev Park Kompleksinin direktoru İlyas Məmmədov deyib.

 

Kompleksin direktoru bildirib ki, iki il bundan qabaq gölə 2 minə yaxın yapon sazan balığı buraxılmışdı. Sayı sürətlə artan bu al-qızılı balıqlar gölə gözəllik, insanlara isə mənəvi zövq verir. Hazırda 5 hektar ərazisi olan göldə sıxlıq yarandığından yaz aylarında həmin balıqların bir hissəsinin digər su hövzəsinə köçürülməsi planlaşdırılır.

 

O deyib ki, balıqlar münasib şərait olduqda sürətlə böyüyüb çoxalır. Belə ki, ev şəraitində saxlanan yapon sazanları akvariumun həcmindən asılı olaraq 8-25 santimetrədək, göllərdə 1 metrədək, okean sularında isə daha çox böyüyə bilir.

 

İlyas Məmmədov kompleksin ərazisində ikinci gölün yaradılmasının, yaxud mövcud gölün həcminin genişləndirilməsinin mümkün ola biləcəyini də vurğulayıb. 

 

Fotolar AZƏRTAC-ındır

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !