Gəncədə Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik mövzusunda konfranslar keçirilib - + FOTO

Gəncədə “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda konfranslar keçirilib + FOTO

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə şəhərdə fəaliyyət göstərən ali məktəblərdə “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda konfranslar keçirilib.
Gəncə Dövlət Universitetində tədbiri giriş sözü ilə açan şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Həsən Məmmədov şəhərdə dini durumun sabit olduğunu bildirib və konfransı yüksək qiymətləndirib.
Daha sonra çıxış edən DQİDK-nın sədr müavini Gündüz İsmayılov qeyd edib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd tolerant və multikultural dəyərlərimizi gənclər arasında təbliğ etməkdir. Qeyd edib ki, Azərbaycanın tolerantlıq dəyərlərinə təhdid yaradan məsələləri müzakirə etmək də vacibdir. DQİDK-nın sədr müavini çıxışında dini ekstremizm və radikalizmin fəsadlarından da bəhs edib.
Universitetin prorektoru Gülsüm Fətəliyeva milli-mənəvi dəyərlərimizə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
Azərbaycan Aqrar və Texnologiya universitetlərində keçirilən konfranslarda Texnologiya Universitetinin rektoru Akif Süleymanov, Aqrar Universitetin prorektoru Anar Hətəmov, DQİDK-nın sədr müavini Gündüz İsmayılov və Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov çıxış ediblər. Müzakirələrdə “Multikulturalizm ili” çərçivəsində reallaşdırılan bu səpkili konfransların radikal qrupların gəncləri öz təsir dairəsinə salmasının qarşısının alınması baxımından əhəmiyyəti qeyd edilib.
Müəllim və tələbələrin iştirak etdiyi konfranslarda multikultural və tolerant dəyərlər barədə diskussiyalsr aparılıb, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş "Fitnə" sənədli filmi nümayiş olunub.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !