Hacıqabulda dini radikalizm mövzusu müzakirə olunub - + FOTO

Hacıqabulda dini radikalizm mövzusu müzakirə olunub + FOTO

Noyabrın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Hacıqabul Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Hacıqabul rayonunda Gilan zavodunda “Dini radikalizm və ekstremizmin zərərləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Şıxəliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Mürşüd Rzayev, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin əməkdaşı Anar Kərimov, ziyalılar və gənclər iştirak ediblər.
Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin əməkdaşı Anar Kərimov tədbirdə çıxış edərək, dini ekstremizmə və terrorçuluğa qarşı mübarizə metodlarından, cəmiyyətin bu sahədə maarifləndirilməsinin əhəmiyyətindən danışıb. A.Kərimov qeyd edib ki, ölkəmizdə dini radikalizmə qarşı hərtərəfli mübarizə aparılır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin baş mələhətiçisi Mürşüd Rzayev məruzəsində dini radikalizmi ortaya çıxaran səbəblər, bu səbəblərlə mübarizə yolları barədə geniş məlumat verib. Eyni zamanda, radikal və ənənəvi dini cərəyanlar arasındakı fərqli cəhətlərdən danışıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !